PSA analizinin nəticəsi #1: Normal PSA neçə olmalıdır?

Çox vaxt xəstələr bilmir PSA nədir və nə üçün lazımdır bu analiz. Burada bir az aydınlıq gətirmək istərdim.

50 yaşından sonra bir neçə faiz kişilərdə sidiyə gedəndə, ya sidik ifrazında müəyyən problemlər yaşanır. Yəni ki, sidiyə tez-tez getmə məsəl üçün, sidik ifrazının ləngiməsi, zəifləməsi, tutaq ki, gecə vaxtı tez- tez sidik ifrazının olması.

Yəni ki, bu hallar olanda xəstə ən birinci düşündüyü müayinə — hansından keçməlidir, bu nəyəsə görə ultrasəs müayinədir. Və çox vaxt xəstə gəlir yanıma, yəni əlində ancaq ultrasəs müayinənin nəticəsi və deyir ki: “Həkim, məndə burada hər şey normaldır. Mənə hansısa bir müalicə növü yazın”.

Prostat Spesifik Antigen — PSA analizi

Əslində 50 yaşdan sonra hər bir kişi xaylağı ildə bir dəfə “total PSA” deyilən bir analiz verməlidir. PSA bir zülaldır, maddə — hansı ki, prostat vəzidə sintez olunur, Yəni ki yaranır.

Normada PSA 4-ə qədər sayılır. Amma ki, prostat vəzidə hər hansısa bir bədxassəli xəstəlik baş verirsə, ya bədxəssəli hüceyrələr varsa da, bu PSA-nın miqdarı qanda artır.

Burada bir məqam var ki, PSA-nın yüksəkliyi, yəni ki, PSA-nın nəticəsi bizə xəstəliyin gedişatından bir məlumat verir.

Tutaq ki, xəstə gəlir, onun PSA-sı 5–6. Bu o deməkdir ki, xəstədə, tutaq ki, prostat xərçəngi varsa da, bu xərçəng xəstəliyi ən erkən mərhələdə gedir.

Başqa bir məsələ, tutaq ki, bir xəstə gəlir PSA-sı 30–40. Bu o deməkdir ki, çox güman ki, xəstədə 3-cü ya 4-cü mərhələli bir xəstəlik ola bilər. Yəni ki, prostat vəzinin xərçəng xəstəliyi.

Hətta PSA 20-dən yüksək olanda bu sümüklərdə metastazların riskini bir neçə dəfə artırır.

Yəni ki, ən azından xəstə prostat vəzinin, ya sidik sisteminin tam diaqnostikası olunması üçün ən azından PSA analizi verməlidir, əgər yaşı 50-dən yuxarıdırsa, ultrasəs müayinə olunmalıdır və həkim tərəfindən rektal müayinə. Rektal müayinə nə deməkdir? Yəni ki, həkim tərəfindən prostat vəzi baxılmalıdır və prostat vəzidə sərtləşmə ocaqları varsa da, o təyin edilməlidir.

PSA 4-dən yüksəkdirsə, bu “mütləq xərçəng var” demək deyil

Xəstə gəlir və PSA-sı 5 və ya 6-dır. Bu o demək deyil ki, xəstədə mütləq prostat xərçəngi ola bilər. Bəzi hallarda isə pasiyetin prostat vəzisi o qədər böyük olur ki, bu prostatın ölçüsünə bu PSA normal ola bilər.

Tutaq ki, PSA gəldi yüksək: 5 ya 6. Biz bu məsələni tam olaraq aydınlaşdırmalıyıq.

Yəni ən birinci neyləməliyik?

Biz prostat vəzinin mütləq maqnit rezonans tomoqrafiyasını (MRT) eləməlik və mütləq bu müayinə kontrastlı olmalıdır ki, biz patoloji ocaqları görsək və onlarda kontrast tutumu olsa bu o deməkdir ki, prostat vəzidə doğrudan da bədxassəli hüceyrələr ola bilər.

Tutaq ki, MRT-də hər hansısa bir payda, ya hər iki payda xəstədə belə deyək də ocaqlar tapıldı, hansı ki, onkoloji ocaqlar ola bilər. Bu halda isə xəstəyə ən birinci tətbiq edəcəyimiz belə deyək müayinə ya hansısa bir manipulyasiya bu prostat vəzinin biopsiyasıdır.

Prostat vəzinin biopsiyası

Prostat vəzinin biopsiyası yəni nə deməkdir?

Biz anesteziya altında o şübhəli ərazilərdə ultrasəs müayinə altında iynə ilə girib prostat vəzinin içində o şübhəli əraziləri, belə deyək də biopsiya götürürük. Yəni ki, prostat vəzinin hüceyrəsindən nümunə götürürük və onu göndəririk biopsiyaya.

Normada prostat vəzin biopsiyası necə olmalıdır?

Yəni hər tərəfdən 6 dənə bioptat götürməlidir (nümunə): Yəni ki, hər 2 paydan 12 dənə nümunə olmalıdır — Bioptat. Patoloji şöbə nümunəyə baxır və bizə konkret olaraq bir cavab verir ki, prostat vəzidə bədxassəli hüceyrələr var, yoxsa yox.

Tutaq ki, hüceyrə tapılsa, burada diaqnostik üsullarımız, ya müalicə üsullarımız tam başqa bir formaya keçir. Yəni ki, biz bunu bir onkoloji xəstəlik kimi dəyərləndiririk.

Tutaq ki, xəstədə belə deyək, ya normal bir hüceyrələr gəldi, ya da ki, prostat vəzinin hiperplaziyası deyilən bir xəstəliyi gəldi. Burada tamam başqa bir metodlarımız, diaqnostik üsullarımız var bizim.

Comments

2 responses to “PSA analizinin nəticəsi #1: Normal PSA neçə olmalıdır?”

  1. Əzim Avatar
    Əzim

    Təşəkkürlər məlumat üçün

Leave a Reply to Əzim Cancel reply

Your email address will not be published. Required fields are marked *