Kista, kist və ya sist. Yunanca kystis – yəni kisə sözündən götürülüb. Yaxındakı toxumadan fərqlənən, divarları olan, içi hava, maye və ya yarıqatı maddə ilə dolu patoloji boşluq.
Uroloji sistlər, əsasən, böyrəklərdə, sidik kisəsində və digər sidik yollarında əmələ gələn maye ilə dolu kisəciklərdir. Onlar adətən xoşxassəli olur, lakin bəzən ciddi problemlərə səbəb ola bilərlər.