Orqanizmdə xəstəliyin yayılmasının dərəcəsini müəyyən etmək mərhələləndirmə adlanır.
Onkologiyada mərhələləndirmə üçün TNM sistemini istifadə edirik.
TNM sistemində: T (tumor) şişin ölçüsü və ətraf toxumaya invaziyasını, N (nodes) regional limfa düyünlərində metastasların olub-olmadığı, M (metastas) başqa orqanlarda və ya toxumalarda metastasların mövcudluğunu qiymətləndirir.
Bədxassəli şişin hansı mərhələdə olması təyini müalicə taktikasını seçilməsində rol oynayır.