onkomarker

Onkomarker şiş hüceyrələri tərəfindən sintez olunan maddələrə deyilir. Onları qanda, sidikdə, nəcisdə, şiş toxumasında və digər toxumalarda təyin etmək olar.

Onkoloji xəstəliklərin diaqnostikasında, aşkarlanmasında, şişin növünün müəyyən edilməsində və müalicəsinin effektivliyinin təyin olunmasında onkomarkerlərdən istifadə olunur.

Onkomarkerlər kliniki əlamətlərlə və digər müayinələrlə birlikdə qiymətləndirilir.

Urologiyada ən çox isitfadə olunan onkomarkerlərdən biri prostat vəzi xərçənginə həssas PSA – Prostat Spekifik Antigen analizidir.