Tomoqrafiya yunanca tomo (bölmək, ayırmaq) və qrafo (yazmaq) sözlərindən düzəldilib, obyektin daxili strukturunun qatlar şəklində təsvirinin əldə edilməsi deməkdir.
Tibbdə tomoqrafiya ilə, bir orqanın 1-2 cm qalınlıqda nazik dilimlərinin təsvirləri alınır. Bu metod öndən arxaya, ya da yuxarıdan aşağıya (vertikal və ya horizontal) həmin orqanın vizual olaraq qiymətləndirilməsinə imkan verir.
Kompüter Tomoqrafiya (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT), Pozitron Emissiya Tomoqrafiyası (PET-KT) və s. kimi müxtəlif texnologiyalardan istifadə olunur.