Böyrək ağrısını o nahiyədə olan başqa ağrılardan necə fərqləndirmək olar?
Xəstə belə bir şikayətlə gəlir, məsəl üçün,
“Həkim, məndə beldə ağrı var. Bu 100% böyrəkdir.”
Həkimin, ağlına gələn 2-3 dənə diaqnoz var, hansı ki, həmin o ağrıları verə bilər.
Yəni ən birincisi elə böyrək ağrısının özüdür.
Böyrəkdə ağrı nəyə görə ola bilər?
Belə baxanda böyrəkdə ağrı 3 durumda ola bilər:
- Əgər böyrəkdən daş düşürsə sidik axarına,
- əgər böyrəkdə iltihab varsa, güclü iltihab və
- tutalım, bəzi hallarda böyrəklərdə törəmə olur və o törəmə hansısa yaxın orqanlarınmı, ya elə böyrəyin özünün işinə maneçilik yaradır və yenə də ağrı olur.
Burada sırf böyrək ağrılarından danışdıq.
Başqa tipli ağrılar var, hansı ki, böyrək ağrılarına çox oxşayır, amma ki, yəni əslində böyrək ağrısı deyil. Bunlardan biri tutalım, bel ağrısı. Yəni ki, bel əzələ onuruğa nahiyəsində olan ağrılar.
Xüsusən də bu xəstələri əsl böyrək ağrısı olan xəstələrdən fərqləndirən bir şey var ki, demək olar, 80-90% hallarda xəstə qapını açıb kabinetə girən kimi başa düşürsən ki, problem nədir. Nəyə görə?
Əgər xəstə kabinetə girən kimi əlini belindən tutubdursa, məcburi bir vəziyyət tutubdursa, axsaya-axsaya gəzirsə və gələn kimi deyəndə ki, “Həkim, mənim böyrəyim tutubdur”, 80-90% əminliklə deyə bilərəm ki, bu böyrək deyil. Nəyə görə?
Heç bir böyrək ağrısı ayağa verə bilməz. Bu bir…
İkincisi: bəzi hallarda, xəstə tutalım, nəfəs alanda o ağrılar kəskinləşir… Hesab edə bilər ki, onda təngnəfəslik var və bu da çox güman ki, böyrəyin əleyhinə deyil. Çünki, bu şikayətlər və bel ağrısı, ayaqda ağrı – bunlar hamısı sinir sistemi ilə bağlıdır və əgər haradasa sinir hansısa əzələrin arasında qalırsa, ya da məsəl üçün, sinirdə iltihab varsa, onurğadan gələn sinirlər hansısa səviyyədə sıxılırsa, əlbəttə bu oxşar simptomlar verə bilər və xəstə elə bilər ki, bu böyrək ağrısıdır.
Amma yenə də deyirəm, xəstə əgər məcburi bir vəziyyət tutursa, həmin o vəziyyətdə ağrı keçirsə və tutalım, uzananda keçir, ayağı üstə duranda kəskinləşir… Bu çox güman ki, böyrəklə bağlı deyil.
Bəzi xəstələr məndən soruşurlar ki,
“Biz necə bilə bilərik ki, bu böyrəkdir, böyrək deyil?”
Əslində bu həkimin işidir. Ev şəraitində bunları dəyərləndirmək bir az düzgün deyil.
Hətta fizikal müayinə var, həkim xəstəyə baxmalıdır. Tək söhbət etmək yox, xəstədə olan müəyyən simptomlara baxmalıdır.
Belə bir simptom var: Pasternatski simptomu. Bəlkə də müəyyən xəstələr görübdür ki, ayağı üstə olanda həkim xəstənin böyrək nahiyəsinə yüngül vurmalar eləyir. Sağ tərəfdən, sol tərəfdən… Bu simptom bizə nə göstərir? Əgər ağrı böyrəkdəndirsə, böyrəkdə nəsə bir iltihab varsa da, toxunmalarla böyrək bir azca silkələndikcə ağrı verir və o simptom müsbət və mənfi olur.
Əgər müsbətdirsə, yəni o deməkdir ki, həmin o vurma zamanı xəstədə kəskin ağrılar başlayır və əgər mənfidirsə, bu o deməkdir ki, xəstə həmin simptoma heç bir reaksiya vermir və xəstədə heç bir ağrılar yaranmır.
Əlbəttə ki, əgər böyrək ağrısıdırsa, qarın nahiyəsinin fizikal müayinəsini eləmək lazımdır. Yəni sadə dildə desək, böyrəklərə əllə baxmalıyıq. Hətta, bütün qarın boşluğu orqanlarına…
Çünki, bəzi hallarda kəskin börək sancısı appendisit olan zaman ağrıları, belə deyim, müşahidə edilə bilər. Əgər qadın xaylağıdırsa, onlarda tutalım, adneksit ola bilər, apopleksiya deyilən bir diaqnoz var, yəni ki, yumurtalıqda olan problemlərdir və onları da həmin o simptomları böyrək ağrısına, ya sidik axarında olan problemin ağrısı müşahidə edilə bilər.
Ona görə biz mütləq bir-birindən dəyərləndirməliyik bu durumları.
Leave a Reply