Birinci variant: anadangəlmə tək böyrək diaqnozu. Anadangəlmə bir böyrək inkişaf etməyib. Böyrəyin ya hansısa bir xırda parçası var, ya da ki, heç bir parçası yoxdur. Bu zaman tək böyrək diaqnozu qoyurlar.
İkinci variantında – qazanılmış tək böyrək diaqnozu deyəndə, burada vacibdir səbəbləri. Bəzən iltihaba görə böyrək götürülə bilər, onkoloji xəstəliyə görə götürülə bilər.
Ümumiyyətlə, bu məsələni danışanda əsas bir neçə dənə vacib nöqtələr var.
Kreatinin analizi
Tək börəklə yaşayan xəstələr daimi olaraq kreatinini yoxlamalıdır. Kreatinin analizi bizim bədənimizdə böyrək necə filtrasiya edir, zərərli maddələri, bunu bizə göstərir. Yəni əgər, kreatinin normaldırsa, bu o deməkdir ki, tək böyrək öz funksiyasını yerinə yetirir. Əgər kreatinin yüksəlirsə, bu o deməkdir ki, böyrək çatdıra bilmir.
Sidik analizi
İkinci məsələ – mütləq sidik analizi daimi olaraq 1 aydan 1 heç olmasa, 2 aydan 1, 3 aydan 1 baxılmalıdır.
Ultrasəs müayinə
Və ultrasəs müayinə. Tək böyrəklə yaşayan xəstələrin ilk növbədə qorxulu məsələləri nədir? Tək böyrəkdə tutalım, daş yaransa və o daş düşsə, xəstə ağrılarla birlikdə başqa bir ağrılaşma əldə edir. Buna deyirlər anuriya.
Anuriya deməkdir ki, sidik yoxdur, gəlmir sidik. Özü də ki, tək böyrək olanda, sidiyi süzən o tək böyrəkdirsə, onun ağzında daş durubsa, qoymursa sidik çıxmağa, bu xəstələr ola bilsin ki, heç tualetə gedə bilməsin.
Əlbəttə ki, tək böyrəklə yaşayanda belə bir durumla rastlaşanda kəskin böyrək çatmamazlığının riski kəskin qədər artır. Ona görə, bu xəstələr daimi olaraq nəzarət altında olmalıdır.
Tək böyrək diaqnozu və profilaktika
Profilaktik deyilən bir məsələlərə toxunsaq, əlbəttə ki, profilaktik deyəndə, burda müşahidə lazımdır mütləq. Dediyim kimi, hansı müayinələrdən.
Əgər qidalanmadan söz gedirsə, əlbəttə ki, burada zülallı olan yeməklərdən hər bir adamın çəkisinə əsasən, bədən quruluşuna əsasən zülalın normativini sizin üçün biləndən sonra bu qaydalarla qidalanmaq lazımdır.
Su məsələsi də bunun kimi. Yəni ən azından 1,5-2L maye qəbul etmək lazımdır.
Anadangəlmə yoxsa qazanılmış tək böyrək diaqnozu daha çətindir?
Adətən belə bir sual gəlir ki, qazanılmış tək böyrək diaqnozu, ya da anadangəlmə tək böyrək diaqnozu – hansı daha xəstə üçün yüngüldürmü, ya çətindirmi? Əlbəttə ki, deyərdim ki, anadangəlmə tək böyrək.
Çünki bu anadangəlmə tək böyrəkdir və bu bu funksiyanı tam olaraq özünə anadan gəlmə vaxtından özünə götürüb, bədən böyüdükcə bütün bu funksiyaları yerinə yetirirdi.
Amma qazanılmış tək böyrək, bu da o qədər də problem deyil. Amma yenə də bəzən olur ki, bir börək balaca olur, biri böyük olur, bəzən sidik daş xəstəliyi olur… Və tutalım, ani zamanda hansısa səbəblərə görə böyrək götürüləndə, bu xəstələrdə ya qısa müddətli, ya bir az uzun müddətli kreatinin yüksəlməsi qeyd oluna bilər. Çünki bədən ömrü boyu öyrəşib 2 böyrəklə yaşamağa. Amma hansısa ani bir səbəbdən böyrək götürülür və belə bir durumlar ola bilər.
2 böyrəyi olanlardan 2 dəfə daha çox müayinə
Sonda demək istəyərdim ki, əgər sizdə tək böyrəkdirsə, bu o demək deyil ki, sizdə nəsə dəhşətli, qorxulu bir nəsə durum var və siz daim olaraq qorxu içində yaşamalısınız ki, Nəsə ola bilər! Yox! Bu belə deyil. Amma mütləq tutalım sağlam adam ildə bir dəfə özünü yoxlayırsa, tək böyrəklə olan xəstələr ən azından ildə 2 dəfə həmin o tək börəyin sidik analizini yoxlamalıdır.

Leave a Reply