Bizim əsas işimiz ondan ibarətdir ki, biz maksimal olaraq, əgər mümkündürsə, böyrəyi qorumalıyıq. Tək böyrək olanda isə, bu məsələ ən çətin məsələlərdən biri ola bilər.
Keçən həftə əməliyyat elədiyimiz xəstədə böyrəyin içində 7 cm-lik törəmə var idi. Adətən belə xəstələrə elə biz özümüz böyrək çıxartmağı məsləhət görürük. Amma bir böyrək olduğuna görə, biz maksimal olaraq çalışdıq ki, böyrəyi qoruyaq.
Bu xəstədə yalnız törəməni götürə bildik. Böyrəyin özü qaldı yerində.
Böyrəyi saxlayıb, təkcə törəməni kəsib götürmək
Bu çox vacib bir məsələdir. Çünki, bəzən kiminsə ağlına gələ bilər ki, “Törəmədir də… Götürün getsin”. Amma burada bir məsələ var ki, xəstə dializə məruz qalır.
Hər 2 böyrəksiz yaşamaq ancaq dializlə mümkündür. Dializsiz bu mümkün deyil. Daimi olaraq: aylar, illərlə adamı dializə məruz qoymaq bəlkə o qədər də yaxşı bir məsələ deyil. Və əgər böyrəyi qorumaq mümkündürsə, maksimal şəkildə bunu qorumaq lazımdır.
Tək böyrəyin ⅓ hissəsi ilə yaşayan xəstə
Bizim praktikamızda belə bir xəstəmiz var idi ki, hər 2 böyrəyində törəmələr var idi. Demək olar ki, hər 2-3 ildən bir bu xəstənin böyrəyində törəmələr yaranırdı. Bir böyrəyi ümumiyyətlə götürülmüşdü və tək böyrək təxminən 2-3 dəfə rezeksiya olundu. “Rezeksiya”, yəni ki, sırf törəmə götürüldü və sonda bu xəstədə 1 böyrəyin 1/3 hissəsi qaldı və buna baxmayaraq bu xəstə dializsiz yaşayır.
Düzdür, kreatinini yüksək şəkildədir. Çox da yüksək yox, 200-lərə qədər. Amma yenə də xəstə dializə məruz qalmadı və həmin o tək böyrəyin hissəsi ilə yaşayır. Nə qədər bu normal mümkün olursa…
Elə xəstələr var ki, törəmə görən kimi deyirlər ki, “Böyrək götürülməlidir”. Hətta tək böyrək olanda… Bu o qədər də bəlkə düzgün deyil. Burda hər zaman xəstə başqa bir həkimin fikrini bilmək üçün mütləq müraciət eləməlidir.
Hər xəstəxanada lazımi şərait olmaya bilər
Çünki bəzən kimin üçünsə bu törəməni götürmək mümkün deyilsə, müəyyən avadanlıqlarla bağlı durumlar olur.
Məsəl üçün, bizim xəstəxanamızda mikroskopdan tutmuş bütün avadanlıqlar var və biz bu məsələləri həll edə bilirik. Yenə də mümkün qədər böyrəyi qorumaq lazımdır.

Leave a Reply