Kreatinin iltihaba görə arta bilərmi?

İltihab zamanı kreatinin necə qalxa bilər? 

Əgər iltihab böyrəyin funksiyası ilə bağlıdırsa, məsəl üçün, birinci iltihab başlayır və hansısa səbəbə görə, (böyrək daşı, iltihab və s.) böyrək öz funksiyasını yerinə yetirmirsə və bu zamanlar kreatinin də yüksəlməyə başlaya bilər. 

Çünki böyrəyin içində iltihab var və böyrək çatdıra bilmir və kreatinin yüksələ bilər. Amma bu o demək deyil ki, bütün iltihab olan zamanı kreatinin yüksəlir. 

Ümumiyyətlə, adətən çox az hallarda, iltihab varsa kreatinin də yüksələ bilər. 

Kreatinin iltihaba bağlı deyil. 

Amma elə hallar da var ki, məsələn sidik daşı xəstəliyində… Tutalım, tək böyrəkdir, ona daş düşüb, sidik çıxa bilmir. Burada həm iltihab başlayacaq, həm kreatinin yüksələcək. 

Bəzən məsəl üçün, böyrəklərin sadə iltihabıdır, “daşsız iltihab”, belə deyək, ya sidik kissəsinin iltihabıdır… Kreatinin yüksəlməyəcək. 

Kreatinin nə zaman yüksəlir? 

Ya böyrək öz funksiyasını yerinə yetirmir, ya da ki sidik hansısa səbəblərə görə çıxa bilmir böyrəkdən. 2 dənə əsas səbəb var. 

İltihabla bu bağlı deyil: 100%

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *