Böyrəkdə “lal daş” nəyə deyilir, onunla nə eləmək lazımdır?

Xəstələr mənə suallar verirlər ki, “Doktor, məndə lal daşdır, yoxsa yox?” 

Biz məsəl üçün, Avropanı, Rusiyanı götürsək, orada “lal daş” deyilən bir termin yoxdur. Dünyanın başqa yerində buna “simptomsuz daş” deyirlər. Azərbaycanda ona “lal daş” deyirlər. 

Əslində “lal daş” dedikdə nəyi nəzərdə tuturuq? 

Nəyə görə “lal daş” deyirlər? 

“Lal daş” simptom verməyən bir daşdır və çox vaxtı xəstələrdə bu illərlə, aylarla qalan bir daşdır. Xəstə gərək çox çalışsın ki, o daş nəsə bir ağrı yaratsın. 

Nəyi nəzərdə tuturam? Böyrən üst, orta və alt kasaları var. Və “lal daş” aşağı kasada, alt kasada olan bir daşdır. Fizika qanunlarına əsasən çox qeyri-adi bir şeylər olmalıdır ki, o daş ordan çıxsın və düşsün sidik axarına. 

Düzdür, ölçüsü böyük olmasa, o daş çıxa bilər. Amma tutalım, alt kasada 1 cm-lik daş var və kasanın içindədirsə, onun ordan çıxma ehtimalı çox cüzi bir ehtimaldır. 

Ona görə ona “lal daş” deyirlər ki, o daş orda durub və onun çıxma ehtimalı çox aşağıdır. Şikayət vermir, ağrı vermir, düşmək ehtimalı az… 

Böyrəkdə “lal daşın” müalicəsi

Bu “lal daşlarla” neyləmək lazımdır və ümumiyyətlə nəsə eləmək lazımdır yoxsa yox? 

Əgər doğurdan da xəstədə sidik analizi normaldırsa, daşın ölçüləri ildən-ilə böyümürsə, doğurdan da ağrı, şikayət yoxdursa, bu daşlara sadəcə nəzarət lazımdır. 

Amma əgər 1 il ərzində daş məsəl üçün, bir 50% böyüyübsə, bu diqqət çəkməlidir və ola bilsin ki, orada nəsə bir müdaxilə lazım olsun. 

Amma əgər sidikdə müəyyən iltihab varsa… Çünki elə daşlar var, “infeksion daşlar” dediyimiz, onlar ümumiyyətlə, böyrəkdə iltihabın stimulyatoru kimi gedir. Bunun da qarşısını almaq mütləq lazımdır. 

Amma çox vaxt “lal daş” dedikdə, alt kasalarda olan, ağrı verməyən bir daş nəzərdə tutulur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *