Təkrar yaranan böyrək daşları

“Daş oldu, götürüldü… Bəs niyə məndə 1 ildən sonra daş yarandı? Bu necə olur?” 

Pasiyentlər bunu başa düşməlidir ki, əgər sizdə daş varsa və sizə hansısa bir cərrahiyyə üsulu, belə deyim də, tətbiq olunubsa, fərqi yoxdur, lazerlə, nə bilim, cürbəcür variantlar var… Bunlar bu prosesin qarşısını almır. Bunlar xəstəliyin nəticəsini aradan qaldırır. 

Yəni ümumiyyətlə götürsək, daşın yaranmasında hansısa metabolik proseslər günahkardır. 

Düzdür, elə olur ki, anatomik problemlər olur xəstədə və o anatomik problem gətirib çıxardır sidik daşı xəstəliyinə. Bu başqa mövzudur. O qədər də çox biz bununla rastlaşmırıq. 

90% hallarda daşın yaranması bədənin içində gedən proseslərlə bağlıdır. Ən çox rastlaşdığımız kalsium oksalat daşlarıdır. Bu sırf metabolik dəyişikliklərlə olan bir problemdir. 

Əməliyyatla bu problem aradan qalxmır. Problemin nəticəsini biz aradan qaldırıq ki, daş götürülür, sidik ifrazı normallaşır. Sadəcə bu… 1 ildən sonra, 6 aydan sonra, elə xəstələr var, 3 aydan sonra yenə daş yarana bilər. 

Daşın yaranması tamamilə fərqli bir prosesdir. Sidik daşı xəstəliyinin “metafilaktikası” – belə bir termin var. Yəni ki, problemin qabağını almaq. 

Bəzən biz endokrinoloq həkimlə məsləhətləşirik, bəzən nefroloq həkimlə məsləhətləşirik, bəzən revmatoloq həkimlərlə məsləhətləşirik… 

Çünki bu hansısa bir metabolik proseslə yenə əlaqəlidir. Metabolik proses normallaşsa, çox güman ki, bu proses də normallaşa bilər. 

Avropada və ya başqa bir yerlərdə sırf elə bir mütəxəssislər var: sidik daşı xəstəliyinin metafilaktikası ilə məşğul olan həkimlər. 

Belə bir xəstəmizin böyrəyində mərcəvari daş var idi. Böyük, 4 sm-lik daş idi böyrəkdə… Ağır bir əməliyyat idi. Çünki xəstə 2-3 dəfə açıq əməliyyatlar keçirib böyrəkdə. Bir neçə dəfə də perkutan əməliyyatı… Xəstənin artıq çəkisi, şəkər xəstəliyi, başqa xəstəlikləri vardı. Mən əminəm ki, 1 ildən sonra, 2 ildən sonra bu xəstə həmin o daşla yenə gələcək bizim yanımıza. 

Bu metabolik dəyişikliklərə bir az qarşı gəlsələr, ola bilsin ki, bu proses dayansın və ya o qədər də kəskin şəkildə getməsin. 

Əlbəttə ki, endokrinoloq lazımdır. Şəkərli diabet olsun, artıq çəki olsun – bunlar hamısı endokrinoloq tərəfindən tənzimlənməlidir, mütləq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *