Bəzi tip xəstələr var ki, həkimə gəlməmişdən qabaq bütün şikayətləri nədir, hansı suallar vermək istəyirsə, bunların hamısını qeyd edir və bu əslində yaxşı bir şeydir. Çünki, qəbul bitəndən sonra nə xəstənin sualları qalmır, nə də ki həkimin, belə deyim, qaranlıq bir sualları qalmır ağlında.
Latınca invadere – “içəri, daxilə girirəm” sözündən yaranan invaziv termini diaqnostika və müalicə məqsədilə orqanizmin daxilinə girmək üçün onun təbii örtüyünü – baryerini keçməklə aparılan müdaxilələrə, onların xarakterinə verilən ümumi addır. Məsələn, sidik kisəsinin açıq cərrahi əməliyyatı invaziv, sidik kisəsinin ultrasəs müayinəsi isə qeyri-invaziv prosedurdur.
Kiçik kəsiklərlə və ya kəsiksiz aparılan endoskopik müdaxilələrə isə minimal invaziv prosedurlar deyilir. Məsələn, kiçik alətlə sidik kanalından keçərək sidik kisəsinin daxili divarlarına kamera ilə baxılması proseduru – sisteskopiya minimal invaziv prosedur adlanır.
Onkoloji xəstəliklərdə tez-tez hansısa müalicə metodu ilə birlikdə “radikal” sözü də işlədilir: “Radikal şüa terapiyası”, “radikal nefrektomiya”, “radikal sistektomiya” və s.
“Radikal” sözünün buradaki mənası xəstəliyin tam olaraq aradan qaldırılmasıdır.
Bu o deməkdir ki, xəstəlik bir orqandadır və əməliyyatla və ya şüa terapiyası ilə, ya da başqa bir müalicə üsulu ilə onu tam aradan qaldırmaq olar.
Radikal müalicədən fərqli olaraq “palliativ” müalicədə isə, məqsəd xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq olur.
Bəzi xəstələrdə suallar yaranır ki, “Radikal müalicə” nədir?, “Palliativ müalicə” nədir? Çünki, onkologiyada həkimlər arasında bu terminlərdən çox istifadə olunur.
Qonşudan, qohumdan – kimdənsə eşidirsiniz ki, məsəlçün, “Xəstəni bu gün əməliyyat elədilər. Xəstə sabahısı gün, ya xəstəxanadan çıxan günü rəhmətə getdi”.
Hansısa bir istehsalçı tərəfindən araşdırılaraq kəşf olunan, patentləşdirilən, özünəməxsus adla satışa çıxarılan dərmanlara “orijinal dərman” deyilir. Patent bu dərmanın bir müddət yalnız həmin şirkət tərəfindən istehsalına və satışına imkan verir. Patent müddəti başa çatdıqdan sonra orijinal dərmanla eyni tərkibdə analoq dərmanlar başqa istehsalçılar tərəfindən istehsal olunub, satışa çıxarıla bilir. Bu analoqlara isə, “generik dərmanlar” deyilir. Generik dərmanın orijinal dərmanla eyni təsiri göstərməsi gözlənilir.