Author: Dr.İlkin Göyüşov

  • Testosteronun bərpasına tibbi göstərişlər

    Necə siz başa düşə bilərsiniz ki, yəni testosteron sizdə aşağıdır? Bunun bir neçə göstəriciləri var. 

    Birincisi, burada kişiləri yaş qruplarına bölmək lazımdır. 

    Çünki biri var ki, cavan adamlar, biri də var ki, tutalım, 40-50 yaşından sonra olan kişilər. Bunlarda fərqli taktikadır. 

    DAVAMI
  • Testosteron nədir, nə deyildir?

    Testosteron əsasən də el arasında “kişi hormonu” deyilən bir maddədir. Əslində, testosteron həm qadınlarda olur, həm kişilərdə olur və bu normaldır. Sadəcə, orqanizmdə nəsə bir problem olanda bu onun miqdarı ilə bağlıdır. 

    Biz əsasən kişilərdən danışaq və kişilərdəki testosterondan. Yəni, məsələ nədir? 

    DAVAMI
  • anamnez

    Yunanca anamnisis“yada salma‎” sözündən götürülən anamnez tibbi termini xəstənin həyat şəraiti, yaşayış tərzi, xəstəliyinin inkişafı və s. haqqında onun özündən və ya yaxınlarından toplanan məlumatlara deyilir.

    Anamnez diaqnozun, proqnozun və müalicə taktikasının müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

  • Həkim xəstə ilə necə danışmalıdır?

    Keçən yazıda mən “Xəstələr həkimlə necə danışmalıdır?” – mövzusuna toxundum. Bu yazının mövzusu isə “Həkim xəstə ilə necə danışmalıdır və hansı suallar verməlidir ki, nə etməlidir ki, xəstə qəbuldan məmnun olsun?” Yəni ki, bütün suallara cavab tapsın. 

    DAVAMI
  • Həkimlə necə danışmaq lazımdır?

    Bəzi tip xəstələr var ki, həkimə gəlməmişdən qabaq bütün şikayətləri nədir, hansı suallar vermək istəyirsə, bunların hamısını qeyd edir və bu əslində yaxşı bir şeydir. Çünki, qəbul bitəndən sonra nə xəstənin sualları qalmır, nə də ki həkimin, belə deyim, qaranlıq bir sualları qalmır ağlında. 

    DAVAMI
  • invaziv (prosedur)

    Latınca invadere – “içəri, daxilə girirəm” sözündən yaranan invaziv termini diaqnostika və müalicə məqsədilə orqanizmin daxilinə girmək üçün onun təbii örtüyünü – baryerini keçməklə aparılan müdaxilələrə, onların xarakterinə verilən ümumi addır. Məsələn, sidik kisəsinin açıq cərrahi əməliyyatı invaziv, sidik kisəsinin ultrasəs müayinəsi isə qeyri-invaziv prosedurdur.

    Kiçik kəsiklərlə və ya kəsiksiz aparılan endoskopik müdaxilələrə isə minimal invaziv prosedurlar deyilir. Məsələn, kiçik alətlə sidik kanalından keçərək sidik kisəsinin daxili divarlarına kamera ilə baxılması proseduru – sisteskopiya minimal invaziv prosedur adlanır.

  • Uroloq qəbulundan əvvəl hazırlıq

    Xəstələr uroloqa getməmişdən qabaq necə hazırlaşmalıdır? Deyim ki, bir standart nəsə hazırlaşma var… Belə bir şey yoxdur! 

    Amma yenə də, həkimlər tərəfindən müəyyən tövsiyələr olunur ki, xəstələr hazırlaşsın, gəlsin. 

    “Hazırlaşma” deyəndə yəni, nəyi nəzərdə tuturam? Burada bir neçə dənə məsələlər var. 

    DAVAMI
  • Uroloq qəbulundan əvvəl müayinələr

    Uroloqa getməmişdən qabaq xəstələr necə hazırlaşmalıdır, nə etməlidirlər? 

    DAVAMI
  • radikal (müalicə)

    Onkoloji xəstəliklərdə tez-tez hansısa müalicə metodu ilə birlikdə “radikal” sözü də işlədilir: “Radikal şüa terapiyası”, “radikal nefrektomiya”, “radikal sistektomiya” və s.

    “Radikal” sözünün buradaki mənası xəstəliyin tam olaraq aradan qaldırılmasıdır.

    Bu o deməkdir ki, xəstəlik bir orqandadır və əməliyyatla və ya şüa terapiyası ilə, ya da başqa bir müalicə üsulu ilə onu tam aradan qaldırmaq olar.

    Radikal müalicədən fərqli olaraq “palliativ” müalicədə isə, məqsəd xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq olur.

  • “Palliativ” və “radikal müalicə” metodları

    Bəzi xəstələrdə suallar yaranır ki, “Radikal müalicə” nədir?, “Palliativ müalicə” nədir? Çünki, onkologiyada həkimlər arasında bu terminlərdən çox istifadə olunur. 

    DAVAMI