Böyrəküstü vəzidə olan törəmələr adətən 2 qrupa bölünür: xoşxassəli və bədxassəli törəmələr.
Haradasa 80 – 90% hallarda bu törəmələr xoşxassəli törəmələr olur.
Amma əsas sual budur ki, nə zaman biz bu törəmələrə hansısa bir müdaxilə etməliyik?
Böyrəküstü vəzində olan törəmələrə bir neçə halda müdaxilə etməliyik.
Feoxromositoma törəməsi varsa
Birincisi, böyrəküstü vəzində olan ən tez-tez rastlaşdığımız törəmələrdən biri feoxromositoma dediyimiz bir törəmədir. Bu, xoşxassəli bir törəmədir və bu törəmənin əsas mənfi təsirlərindən biri odur ki, bu törəmə bizim bədənimizə, yəni qan sistemimizə müəyyən elementləri ifraz edir. İfraz etdikdən sonra bu xəstələrdə təzyiq şiddətli şəkildə qalxa bilər. 200, 220, 180…
Burada əsas göstərici nədir?
Bu xəstə bu dəqiqə oturur, bunun təzyiqi 130-dur, bir dəqiqədən sonra təzyiqi 200-dür, sonra yenidən düşür. Bu, feoxromositomanın simptomlarından biridir. Bu halda bunu təyin etmək üçün müəyyən laborator analizlər veririk və onlar bizə təsdiqləyir ki, çox güman ki, bu, feoxromositoma dediyimiz törəmədir və bu halda əgər bu xəstədə təzyiqin belə oynaması varsa, əlbəttə ki, biz bu halda müdaxilə etməliyik.
Böyrəküstü vəzidəki törəmə sürətlə böyüyürsə
İkinci müdaxilə etdiyimiz zaman ondan ibarətdir ki, əgər börəküstü vəzidə törəmə tutaq ki, bir il ərzində, yarım il ərzində ölçüsü şiddətli şəkildə böyüyürsə, onda bu halda da biz burada müdaxilə etməliyik.
Böyrəküstü vəzidə böyük şiş tapılıbsa
Üçüncü müdaxilə etməyimiz, əgər biz təsadüfən hansısa böyük ölçüdə börəküstü vəzidə nəsə bir törəmə aşkarlayırıqsa, bu da müdaxilə etməyimizə bir səbəbdir.
Adrenalektomiya: Böyrəküstü vəzilərin çıxarılması
Müdaxilə dedikdə nəyi nəzərdə tuturam? Adətən bu törəmələr üçün dərman şəklində xüsusi bir müalicə, belə bir şeylər yoxdur. Bəli, feokxromositoma olanda biz müəyyən dərmanlardan istifadə edə bilərik ki, bu təzyiqi ortalama halına gətirək. Amma adətən böyrəküstü vəzidə hansısa bir törəmə olsa, müdaxilə dedikdə biz əməliyyat nəzərdə tuturuq.
Əməliyyatın adı gedir adrenalektomiya. Yəni ki, böyrəküstü vəzinin çıxarılması.
Bu əməliyyatın 2 variantı var: açıq və laparoskopik. Bizim praktikamızda ən çox elədiyimiz laparoskopik variantdır. Açıq texnika da istifadə olunur.
Amma burada əsas vacib olan məsələlər xəstənin xüsusiyyətləri ilə bağlıdır, törəmənin ölçüsü ilə bağlıdır.
Börəküstü vəzi törəmələri o qədər də böyük olmur. 2, 3, 4, 5 cm…
Belə bir hallarla da rastlaşırıq ki, 7, 8, 10 cm olan törəmələr də olur və bu bəzən laparoskopik əməliyyat üçün bir az çətin olur. Ona görə də açıq əməliyyat eləyirik. Amma adətən laparoskopik əməliyyat…
Böyrəküsütü vəzilər həmişə götürülmür
Və əsas sual odur ki, bütün börəküstü vəzilər əgər törəmə varsa, götürülməlidir? Yox! Əlbəttə ki, yox. Ümumi statistikanı götürsək, adətən bir 20-30% hallarda böyrəküstü vəzi götürülür. Qalan hallarda isə, biz sadəcə müşahidə edirik.

Leave a Reply