Nefrostoma nədir? Nə vaxt istifadə olunur?

Nefrostoma nə deməkdir? 

Nefrostoma 2 sözdən ibarətdir. “Nefro” – yəni ki, böyrək, “stoma” da bir çıxış yolu kimi qeyd eləyək. 

Nefrostoma çox vaxt hidronefroz durumu olanda qoyulur və ümumiyyətlə, bu nədir? 

Plastikdən və ya sintetik materiallardan hazırlanmış borulardır. Bizim məqsədimiz ondan ibarətdir ki, böyrəkdə ifraz olunan sidik çölə çıxsın. Bunun üçün də biz borunu ultrasəs müayinəsi altında sırf böyrəyin içinə qoyuruq və ən qısa zamanda bu xəstələrə öz köməyini göstərir. 

Nefrostoma necə kömək edir? 

Əgər sidik böyrəkdən çıxa bilmirsə, sidik axarına ya da ki, sidik kisəsinə, sidik boru ilə çıxaraq böyrək öz funksiyasını yerinə yetirməyə başlayır və əgər xəstədə kreatinin yüksəlibsə hidronefroza görə, nefrostoma borusu qoyulandan sonra ən çox vaxtı 1 günə, 2 günə, 3 günə xəstə tam toplanır və böyrəyin funksiyası bərpa olunur. 

Nefrostoma tam olaraq harada qoyulur?

Bəzən xəstələr başa düşmürlər, yəni, necə çölə çıxır bu? Boru qoyulur böyrəyin içinə. Bir hissəsi böyrəyin içinə qoyulur, bir hissəsi bel nahiyəsində dəriyə fiksasiya olunur və sidik o borunun içindən çıxır və həmin o boruya da sidik torbası birləşdirilir. Yəni ki, sidik torbanın içinə toplanır. 

Nefrostoma nə qədər bədəndə qalır?

Haradasa, bir 80% hallarda nefrostoma müvəqqəti bir metoddur. Yəni ki, qısa zamanda kömək etmək üçün nefrostomik drenaj qoyulur və xəstə toparlanandan sonra hidronefrozun səbəbi tapılır və əsas səbəbini ləğv eləmək lazımdır ki, sidik ifrazı bərpa olunsun öz yolu ilə. 

Nefrostoma qoyulması prosesi necədir?

Prosedur necə keçir? Demək olar ki, 99% hallarda prosedur yerli anesteziya altında keçirilir. Təxminən prosedurun müddəti 15 dəqiqədən yarım saata qədər çəkə bilər. Əgər 2 böyrəkdirsə, 1 saata qədər uzana bilər. 

Çox vaxtı biz xəstələri bir gün səhərə qədər saxlayırıq ki, tam nəzarət eləyək. Bəzi xəstələrə hansısa maye, dərman lazım olur ki, böyrəyin funksiyası tez toparlansın. 

Minimal invaziv, kəsik olmadan olunan bir prosedurdur. 

Nefrostomanı nə qədər vaxtdan sonra yeniləmək lazımdırmı?

Bizim belə xəstələrimiz çoxdur hansı ki, müəyyən vaxtdan sonra bu nefrostomanın dəyişdirilməsi üçün bizə müraciət eləyirlər. Soruşurlar ki, “nə qədərdən bir dəyişməliyəm?” 

Əslində bu nəyə bağlıdır? 

Nefrostomanın dəyişdirilməsi üçün bir neçə göstərişlər var. Çox vaxtı nefrostomanın vaxtı təxminən 3 aya qədər dura bilər. Amma burda bir neçə nüans var. 

Birincisi, nefrostomik drenaj daimi olaraq işlək vəziyyətdə olmalıdır. Bəzi xəstələrin sidik sistemində olan iltihab bu borunun işləməsinə maneçilik yarada bilər. Yəni ki, ya nefrostomanın üstündə daş yarana bilər. Yəni o xırda deşiklər, hansından ki, sidik toparlanıb çıxır bağlana bilə, laxtalar ola bilər, hansı ki, o borunun kanalını tuta bilər… 

Mən deyə bilmərəm ki, hamı 3 ay saxlasın. Hər şey individualdır bu məsələdə. Elə xəstə var ki, 3 ay saxlayır və rahat da, normal işləyir. Eləsı var, 1,5 aydan sonra gəlir ki, “Həkim, gəlmir, ağrılar var, falan var…” Sidik çıxışı azalıb bu böyrəkdən və mütləq dəyişmək lazımdır. 

Bunu sadəcə əgər sizdə nefrostomik drenaj məsəl üçün, 1 ay, 2 ay yox, bir 6 ay, 1 il durmalıdırsa, siz bu duruma mütləq nəzarət eləməlisiniz USM vasitəsilə və mütləq həmin o böyrəkdən çıxan sidik ölçülməlidir gündə. Yəni bir sözlə desək, nəzarət altında olmalıdır. Ortalama vaxt 1,5 ay təxminən… 1,5-2 ay, belə… 

Əgər xəstə özünə qulluq edirsə, onda bu vaxt yəni təxminən bəhs eləyir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *